Azərbaycanda hava şəraiti dəyişir, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti dəyişir, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında
Ekologiya
30 Sentyabr , 2024 15:06
Azərbaycanda hava şəraiti dəyişir, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 1-i əsasən dağlıq və dağtəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Son xəbərlər

Orphus sistemi