Od çərşənbəsində 88 min ağac əkilib
Ekologiya
- 05 mart, 2024
- 17:53
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində meşə fondu torpaqlarında bir gündə 88 015 ədəd müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov "Report"a bildirib ki, bu gün Ağcabədi, İmişli, Beyləqan, Yevlax, Qəbələ, İsmayıllı, Qax, Balakən, Göygöl, Goranboy, Ağstafa, Sabirabad, Kürdəmir, Şabran, Quba, Yardımlı və Lerik rayonlarının meşə fondu ərazilərində ağacəkmə tədbirləri keçirilib.
Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
Xidmət rəisinin sözlərinə görə, meşəbərpa və ağacəkmə tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir.
Son xəbərlər
12:01
Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov: "Döyüşkən kollektiv formalaşdırmaq əsas vəzifəmizdir"
Komanda12:00
ITFC indiyə qədər 92,1 milyard dollar vəsait ayrılmasını təsdiqləyib
Maliyyə11:59
Foto
"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Elm və təhsil11:51
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
İnfrastruktur11:47
Tokayev: Qazaxıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi birinci dərəcəli vəzifəmizdir
Region11:47
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası ilk oyunda qələbə qazanıb
Komanda11:38
Sarayda avtomobil partlayıb, xəsarət alan var
Hadisə11:37
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4 %-ə yaxın artıb
Biznes11:35