Nazirlik: "Bu ilin 9 ayında 15 min kubmetr ağac qanunsuz kəsilib"

Nazirlik: "Bu ilin 9 ayında 15 min kubmetr ağac qanunsuz kəsilib" "Bu il qanunsuz ağac kəsilməsi halları 25 faiz azalıb"
Ekologiya
22 Noyabr , 2014 09:21
Nazirlik: Bu ilin 9 ayında 15 min kubmetr ağac qanunsuz kəsilib
Bakı. 22 noyabr. REPORT.AZ/ "Payız-qış mövsümündə ölkənin az meşəli görünməsini nəzərə alaraq meşəbərpa işləri tədbirlərinin aparılması daim diqqət mərkəzindədir. Bu nöqteyi-nəzərdən 2000 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 225 min hektar ərazidə suvarma işləri, meşələrin təbii bərpasına kömək tədbirləri isə 29 min hektar sahədə aparılıb". Bunu "Report"a açıqlamasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Meşə qanunvericiliyini pozan şəxslər (qanunsuz ağac kəsən, meşə torpaqlarını zəbt edən və digər meşə qanunvericiliyi hallarını pozanlar) barəsində qanunamüvafiq tədbirlərin görüldüyünü deyən sektor müdiribildirib ki, ümumilikdə cari ilin 9 ayı ərzində 15 min kubmetr miqdarda qanunsuz ağackəsmə halları olub. Buna baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il üçün qanunsuz ağac kəsilməsi halları 25 faiz azalıb.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il ötən ilə nisbətən daha quraq keçib və bu da meşələrə təsirsiz ötüşməyib: "2013-cü ildə meşə fondu ərazilərində heç bir yanğın hadisəsi baş verməmişdi. Lakin bu il 50 ha ərazidə yanğın hadisələri olub".

Sektor müdiri meşə fondunun ərazilərində baş verən yanğınların səbəblərini də açıqlayıb. S.Salmanov bildirib ki, buna səbəb taxıl biçinindən sonra çör-çöpün yandırılması və odla ehtiyatsız davranma hallarıdır.

Son xəbərlər

Orphus sistemi