Bakı. 5 mart. REPORT.AZ/ "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət vəziyyəti yaradıb".
"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri
O bildirib ki, belə hallarda beynəlxalq hüquq əsas rol oynamalıdır.
"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir. Ermənilər tərəfindən qəsdən törədilən yanğınlar nəticəsində Azərbaycanın, təxminən, 100 min hektar meşə sahəsi məhv edilib. Araz çayının ekoloji vəziyyəti ürəkaçan deyil. Ermənilərin suyu çirkləndirməsi nəticəsində bir çox balıq növləri tükənmək üzrədir", - nazir söyləyib.
M.Babayev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan etməkdə davam edir.