Muxtar Babayev: Tibbi tullantıların zərərsizləşdirilməsi üçün müasir metodlar və texnologiyalar tətbiq etməliyik

Muxtar Babayev: Tibbi tullantıların zərərsizləşdirilməsi üçün müasir metodlar və texnologiyalar tətbiq etməliyik Tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməliyik.
Ekologiya
27 İyun , 2024 11:58
Muxtar Babayev: Tibbi tullantıların zərərsizləşdirilməsi üçün müasir metodlar və texnologiyalar tətbiq etməliyik

Tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməliyik.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibbi tullantıların düzgün idarə olunması da xüsusi əhəmiyyət kəsb edir: “Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Buna görə də tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməliyik”.

Nazir bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhəri və digər bölgələrdəki sakinlərin maarifləndirilməsi, tullantıların çeşidlənməsi təcrübəsinin yaradılması, batareya, şüşə, plastik və digər növ emal oluna bilən tullantıların toplanması və təkar emala yönləndirilməsi istiqamətində geniş maarifləndirmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi