Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.