Yuxarı

Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək
© Report / Elchin Murad — Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

Bakı. 1 mart. REPORT.AZ/ “3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".

İ.İbrahimova qeyd edib ki, “açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var. Bunlar Abşeron Milli Parkı, Altıağac Milli Parkı, Şahdağ Milli Parkı, Samur-Yalama Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Ağgöl Milli Parkı, Göygöl Milli Parkı, Qızılağac Milli Parkı və Zəngəzur Milli Parkıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi