Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:
Ekologiya
5 Noyabr , 2024 10:08
Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.

Bu barədə "Report"a Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:

"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".

Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Son xəbərlər

Orphus sistemi