İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb

İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.
Ekologiya
28 Sentyabr , 2022 09:27
İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

O qeyd edib ki, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi