İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək Azərbaycanda fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Ekologiya
8 aprel 2025 11:17
İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

Azərbaycanda fəaliyyət göstərən restoran və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları aprelin 14-dən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görəcək.

"Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər", - İ.İbrahimova əlavə edib.

Son xəbərlər

Orphus sistemi