Həftənin ilk iş günü havanın yağıntılı olacağı gözlənilir

Həftənin ilk iş günü havanın yağıntılı olacağı gözlənilir Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 14-nə qədər davam edəcək
Ekologiya
12 Aprel , 2015 14:54
Həftənin ilk iş günü havanın yağıntılı olacağı gözlənilir

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-6 dərəcə isti, gündüz 4-12 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-6 dərəcə isti olacağı gözlənilir.

Baş hidroloq onu da qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 14-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi