Azərbaycanda yeni ilin ilk gününün hava proqnozu açıqlanıb

Azərbaycanda yeni ilin ilk gününün hava proqnozu açıqlanıb Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
31 Dekabr , 2023 12:17
Azərbaycanda yeni ilin ilk gününün hava proqnozu açıqlanıb

Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Son xəbərlər

Orphus sistemi