Yuxarı

Azərbaycanda şənbə gününə olan hava proqnozu açıqlanıb

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8 dərəcədən 13 dərəcəyə qədər isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi