Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Ekologiya
17 Oktyabr , 2024 09:32
Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 15 mm, Daşkəsəndə 14 mm, Göygöldə 9 mm, Gəncədə 6 mm, Biləsuvar, Qəbələ, Mingəçevirdə 4 mm, Kəlbəcərdə 3 mm, Şəki, Şəmkir, Zərdab, Kürdəmir, Goranboy, Yevlax, Tərtər, Astara, Şuşa, Zəngilan, Füzuli, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Ordubad, Naftalan, Balakən, Tovuz, Zaqatala, Oğuz, Qobustan, Qusar, Qrız, Şahdağ, Bərdə, Sabirabad, Şirvan, Neftçala, Yardımlı, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 2 mm, Bakı, Maştağada 1 mm-dək olub.

Sumqayıt, Goranboy, Göygöl, Gəncə, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, Balakən, Şamaxı, Qobustan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi