Mayın 8-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Şahbuz, Ordubad, Gədəbəy, Daşkəsən, Şirvan, Qobustan, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Balakən, Şəki, Qax, Altıağac, Xaltan, Qrız, Qusar, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabiarabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış, Şahdağda zəif qar yağıb.
Daşkəsəndə saat 12:50-12:51 radələrində diametri 10 mm olan dolu düşüb.
Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 13-18, Ordubadda 24, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olub