ETSN-in sözçüsü: "Azərbaycanın təbii və süni su hövzələrində müasir fermalar yaradılmalıdır"

ETSN-in sözçüsü: "Azərbaycanın təbii və süni su hövzələrində müasir fermalar yaradılmalıdır" Bakı. 2 noyabr. REPORT.AZ/ Ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsinin olması da hamımıza məlumdur. Bu gün ən vacib və ən aktual məsələ Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərə cinsli balıqların azalmasının qarşısını almaq və artımına nail olmaqdır.
Ekologiya
2 Noyabr , 2018 15:17
ETSN-in sözçüsü: Azərbaycanın təbii və süni su hövzələrində müasir fermalar yaradılmalıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova / Report / Elchin

Bakı. 2 noyabr. REPORT.AZ/ "Ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsinin olması da hamımıza məlumdur. Bu gün ən vacib və ən aktual məsələ Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərə cinsli balıqların azalmasının qarşısını almaq və artımına nail olmaqdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, bunun üçün əsas çıxış yollarından biri də bütün dünyada olduğu kimi, Azərbaycanda da təbii və süni su hövzələrində sivil və müasir fermaların yaradılmasıdır: "Bu cür balıqçılıq fermalarının yaradılması əhalinin qida zəncirində balıq məhsullarının yer almasına, qiymətinin ucuzlaşmasına, həm də regionlarda iş yerlərinin açılmasına səbəb olar".

Son xəbərlər

Orphus sistemi