Yuxarı
    Bağlamaq

    ETSN-in saytında “Onlayn hava keyfiyyəti məlumatları” bölməsi yaradılıb

    Daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün açıq olması təmin edilib© Report.az

    Bakı. 11 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində (eco.gov.az) “Onlayn hava keyfiyyəti məlumatları” adlı yeni bölmə yaradılıb. 

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bölmədə onlayn rejimdə çalışan atmosfer havasının monitorinqi stansiyasından daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün açıq olması təmin edilib.

    Qeyd edək ki, müşahidə stansiyası vasitəsilə atmosfer havasının tərkibində olan çirkləndirici qaz qarışıqlarından - azot 4 oksid, kükürd 4 oksid, benzol, toluol, para-ksilol, ozonun səviyyəsi, dispers tozun (PM10) miqdarı təyin edilir və xüsusi proqram vasitəsi ilə daxil olan məlumatlar “Onlayn hava keyfiyyəti məlumatları” (http://eco.gov.az/az/post/1050) bölməsində qrafik formasında yerləşdirilir. Qrafikdə çirkləndiricilər üzrə saatlıq, dispers toz barədə isə gündəlik məlumatlar əks olunub. Bölmənin sonunda isə parametrlər üzrə yol verilən qatılıq hədləri cədvəl şəklində verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi