"Ekoloji məsələlər" İşçi qrupunun işindəki çətinliklər müzakirə olunub, tövsiyələr verilib

"Ekoloji məsələlər" İşçi qrupunun işindəki çətinliklər müzakirə olunub, tövsiyələr verilib "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ötən ilin yekun monitorinq və qiymətləndirməsinə dair "Ekoloji məsələlər" İşçi qrupunun növbəti iclası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilm
Ekologiya
19 Fevral , 2024 15:03
Ekoloji məsələlər İşçi qrupunun işindəki çətinliklər müzakirə olunub, tövsiyələr verilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair "Ekoloji məsələlər" İşçi qrupunun növbəti iclası keçirilib, çətinliklər müzakirə olunub, tövsiyələr verilib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun sədri Umayra Tağıyeva il ərzində görülmüş işlərlə bağlı məlumat verib, Strategiyaya uyğun olaraq “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icra vəziyyətindən danışıb.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Emil Qasımov hesabatı təqdim edib. O, bu çərçivədə müəyyənləşdirilən altı fəaliyyət istiqaməti üzrə görülmüş işləri, həmçinin çətinlikləri və tövsiyələri diqqətə çatdırıb.

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Ekoloji məsələlər” İşçi qrupu da bu çərçivədə “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin yerinə yetirilməsini və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi