Bu il ətraf mühitin mühafizəsi tələblərini pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib

Bu il ətraf mühitin mühafizəsi tələblərini pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib Bakı. 14 avqust. REPORT.AZ/ Bu il sanitar-gigiyena qaydalarını pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib.
Ekologiya
14 Avqust , 2018 16:58
Bu il ətraf mühitin mühafizəsi tələblərini pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu il sanitar-gigiyena qaydalarını pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq, paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Səbail, Xətai, Suraxanı, Nərimanov, eləcə də respublikanın Sumqayıt, Xaçmaz, Lənkəran, Astara şəhər və rayonlarında reydlər keçiriblər.

Reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 31 fiziki və 2 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 27 min manat təşkil edib.

Ümumilikdə, cari ilin ötən dövrü ərzində ərazi polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 526 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara 65 min manat məbləğində cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi