Bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlanıb

Ekologiya
  • 25 dekabr, 2023
  • 11:29
Bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlanıb
Vüqar Kərimov

Azərbaycanda bu il 3 milyon 200 mindən çox ağac tingi əkilib.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaq aidiyyəti dövlət qurumlarının götürdükləri öhdəlik çərçivəsində əsasən meşə fondu ərazilərində əkilib: "Bundan başqa, 32 tona yaxın meşə ağaclarına aid ağac kollarının toxumları meşə fondu torpaqlarında bərpa məqsədilə səpilib".