Bəzi rayonlarda hava yağıntılı olub - FAKTİKİ HAVA

Bəzi rayonlarda hava yağıntılı olub - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin yanvarın 16-sı saat 9:30-a olan məlumatına əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3
Ekologiya
16 Yanvar , 2025 10:24
Bəzi rayonlarda hava yağıntılı olub - FAKTİKİ HAVA

Saat 9:30-a olan məlumata əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.

Son xəbərlər

Orphus sistemi