Bəzi ərazilərdə yaşıllıqların və quruyan tinglərin götürülməsi müzakirə olunub

Bəzi ərazilərdə yaşıllıqların və quruyan tinglərin götürülməsi müzakirə olunub Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində bəzi ərazilərdə yaşıllıqların və quruyan tinglərin götürülməsi ilə bağlı növbəti ictimai dinləmə baş tutub.
Ekologiya
26 İyul , 2024 16:47
Bəzi ərazilərdə yaşıllıqların və quruyan tinglərin götürülməsi müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində bəzi ərazilərdə yaşıllıqların və quruyan tinglərin götürülməsi ilə bağlı növbəti ictimai dinləmə baş tutub.

"Report" xəbər verir ki, dinləmədə 4 məsələ müzakirə olunub.

Dinləmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində Xaçmaz rayonu inzibati ərazisində yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların, Bakı şəhəri Yasamal rayonu, K.Kazımzadə küç.118 ünvanında Mərkəzi Gömrük Hospitalının həyətində yeraltı dayanacağın tikinti layihəsinin altına düşən bioloji inkişafda olan ağac və kolların götürülməsi, həmçinin Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindən inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi altına düşən yaşıllıqların, Abşeron rayonu Bakı-Sumqayıt magistral avtomobil yolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistral avtomobil yol üzərində quruyan tinglərin götürülməsi məsələsi müzakirə olunub.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, layihələr ekspertizadan keçən zaman mütləq tələblərə cavab verməlidir: "Bu layihələrdə qanunvericiliyin tələbini pozan hallar varsa, geri qaytarılır. Bu gün Bakıda icra olunan layihələr geniş əraziləri əhatə edir. Məqsədimiz həmin layihələrdə yaşıllıqların qorunmasıdır".

O bildirib ki, ekspertizaya daxil olan layihələrdə əsas çatışmazlıq mövcud yaşıllıqlara toxunulmasıdır: "Qoyulan tələblərə baxmayaraq yaşıllıqlara toxunulur, yaşıllıqların saxlanması məsələsi həll olunmaya qədər heç bir layihəyə rəy verməyəcəyik. Qanunvericiliklə 40, bəzi layihələrdə isə ayrılmış ərazinin 50%-ə qədərində yenidən yaşıllıq salınmalıdır".

Agentlik rəsmisi həmçinin vurğulayıb ki, hazırda qanunvericiliyin pozulması ilə hallar qeydə alınan zaman cərimələr tətbiq edilir: "Əgər cəza 1000 manatı keçirsə, artıq cinayət tərkibi yaranır və işə hüquq-mühafizə orqanları baxır".

Son xəbərlər

Orphus sistemi