​Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

​Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Gecə yarımadanın bəzi yerində qısa müddətli yağış yağacağı ehtimalı var
Ekologiya
2 May , 2015 12:36
​Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 3-də Azərbaycanın əksər rayonlarında hava şəraiti yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi