ETSN: "Hazırda Sumqayıtda havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir"

ETSN: "Hazırda Sumqayıtda havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir" "Azərsun Sənaye Parkı"nda baş vermiş yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb.
Ekologiya
363
29 Aprel , 2022 09:39
ETSN: Hazırda Sumqayıtda havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir

"Azərsun Sənaye Parkı"nda baş verən yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb".

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.

U.Tağıyeva qeyd edib ki, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb: "Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub. Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”.

Son xəbərlər

Orphus sistemi