Azərbaycanın milli parklarının tanıdılmasına həsr olunan tədbir keçiriləcək

Azərbaycanın milli parklarının tanıdılmasına həsr olunan tədbir keçiriləcək Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.
Ekologiya
21 İyun , 2024 12:15
Azərbaycanın milli parklarının tanıdılmasına həsr olunan tədbir keçiriləcək

Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, tədbir 22 iyun saat 15:00-da başlayacaq. "Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkənin milli parkları ilə virtual tanış olacaqlar.

Nazirlik sözçüsü qeyd edib ki, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdiriləcək, milli parklarda fəaliyyət göstərən ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək.

"Eyni zamanda, tədbirdə interaktiv zona yaradılacaq, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina, “Ekosfera" sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunacaq.

Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq. Tədbir Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında təşkil olunacaq", - İ.İbrahimova qeyd edib.

Son xəbərlər

Orphus sistemi