Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib.
"Report" xəbər verir ki, sənədin hazırlanması “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
İclasda layihəyə cəlb olunan ekspertlər tərəfindən “Təbiəti mühafizə planı”nın qısa icmalı, İşçi Qrupun yaradılmasının əsaslandırılması, “Təbiəti mühafizə planı”nın təklif olunan formatı, strukturu və məzmununun qısa icmalı, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr, ərazi əsaslı mühafizənin cari vəziyyəti ilə bağlı müzakirələr edilib.
Eyni zamanda növbəti mərhələdə layihə çərçivəsində atılacaq addımlar və görüləcək işlər barədə rəy və təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.