Bakı. 27 noyabr. REPORT.AZ/ Cari ilin yanvar – sentyabr aylarının nəticələrinə görə, “
Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 87 ədəd yararsız akkumulyator, 55,103 ton rezin tullantısı, 211 ədəd yanacaq, 612 ədəd yağ və 368 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 40,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 53,5 ton işlənmiş boya qabı və boya tullantıları, 318,899 ton taxta tullantı, 45 ton tibbi tullantı, 188,437 ton sellüloz (kağız-karton) tullantısı, 280,339 ton tekstil parça qalığı, 259,706 ton polimer əsaslı və plastmas tullantı, 749,416 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 2,42 ton neft-su qarışığı və 41,25 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib:
“Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür”, - deyə açıqlamada deyilir.