Antarktidada temperatur rekord həddə çatdı

Antarktidada temperatur rekord həddə çatdı Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər.
Ekologiya
7 Fevral , 2020 16:45
Antarktidada temperatur rekord həddə çatdı

Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Argentina Milli Meteorologiya Xidmətinin “Twitter” səhifəsində yer alıb.

Söhbət Argentinanın 1961-ci ildən bəri meteomüşahidənin aparıldığı "Esperansa" elmi-tədqiqat stansiyasından gedir.

"Fevralın 6-da Esperansa stansiyasında yeni tarixi rekord qeydə alınıb: 18°C. Bu göstərici 2015-ci il martın 24-də qeydə alınan daha əvvəlki 17,5°C rekordunu da geridə qoyub”, - məlumatda bildirilir.

Bundan başqa, meteoroloqlar Argentinanın digər stansiyası olan Marambioda da 1971-ci ildən bəri yeni rekordu müəyyənləşdiriblər: 14,1°C. 2013-cü ildə qeydə alınan daha əvvəlki rekord isə 13,8°C idi. 

Son xəbərlər

Orphus sistemi