"Bu ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsində baxış keçirilib".
"Report" xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ümumilikdə qurumun fəaliyyəti dövründə isə 800-ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb: “Baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və müəyyən edilən qanun pozuntularının aradan qaldırılması həmçinin hüquqi qiymətin verilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciətlər olunub. Nəticədə faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi nəticəsində yer təkinə dəymiş ziyanın ödənilməsi təmin edilir. Həmçinin 2022-ci ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə monitorinq işləri təşkil olunur. Aparılan monitorinqlərdə dron vasitəsilə çəkilən və əldə olunan görüntülər əsasında yataqların 3d modelinin çıxarılması və hasilat həcmlərinin müəyyən edilir”.