Ağdamda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Ağdamda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçiri
Ekologiya
19 İyul , 2024 15:50
Ağdamda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Ağdam, Füzuli və Xocavənd rayonlarında, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Şuşa, Laçın, Kəlbəcər rayonunda, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, mövcud mineral xammal yataqları və istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, bu ərazilərin biomüxtəlifliyinin tədqiqi müzakirə edilib.

Bundan başqa iclasda bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi, eyni zamanda bu rayonların meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti iclasın Şərqi Zəngəzurda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi