Yevgeni Bertelsin Nizami Gəncəviyə həsr olunan kitabı çap edilib

Yevgeni Bertelsin Nizami Gəncəviyə həsr olunan kitabı çap edilib Əsər müəllifin Nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab edilir
Ədəbiyyat
30 Avqust , 2017 16:42
Yevgeni Bertelsin Nizami Gəncəviyə həsr olunan kitabı çap edilib
Mct.gov.az

Bakı. 30 avqust. REPORT.AZ/ Şərqşünas alim Yevgeni Bertelsin böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan kitabı çap edilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami” adlı kitab Nizami irsini sevənlərin ixtiyarına verilib.

Şərqşünas alim, professor Yevgeni Bertels bu əsərində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Əsər müəllifin Nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab edilir.

Nəşrin “Ön söz”ünün müəllifi xalq yazıçısı Elçin, tərcümə edəni Z.Abdullayev, elmi redaktoru Məmməd Arif Dadaşzadədir.

“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Qeyd edək ki, SSRİ EA-nın müxbir üzvü, SSRİ dövlət mükafatı laureatı Yevgeni Bertels (1890-1957) Nəvai, Sədi, Cami, Nizami, Firdovsi və başqa görkəmli şəxslərin yaradıcılığını tədqiq edib.

Son xəbərlər

Orphus sistemi