Cəlilabadda Cəlil Məmmədquluzadənin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəlilabadda Cəlil Məmmədquluzadənin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi tamam olur.
Ədəbiyyat
22 Fevral , 2024 18:51
Cəlilabadda Cəlil Məmmədquluzadənin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi tamam olur.

"Report"un Muğan bürosunun məlumatına görə, C. Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon təhsil sektorunun nümayəndələri, ziyalılar və məktəblilər iştirak edib.

Əvvəlcə iştirakçılar ədibin abidəsini ziyarət edib, xatirə şəkilləri çəkilmiş və dövlət himni səsləndirilib.

Daha sonra “Cəlil Məmmədquluzadənin 155 illik yubileyi” münasibəti ilə Kazımabad kənd tam orta məktəbinin şagirdləri ədibin “Quzu” hekayəsini səhnələşdirmiş və həmçinin məktəblilər arasında şahmat yarışı keçirilib.

Tədbirin sonunda qaliblərə fəxri fərmanlar və medallar təqdim olunub.

Qeyd edək ki, Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb.

Son xəbərlər

Orphus sistemi