Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu"

Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu" "Bu əsərdən sonra “Dədə Qorqud”u oxuyanlar təkrar, oxumayanlar isə bu kitabı niyə belə yazdığımı bilmək üçün oxudular"
Ədəbiyyat
3 Fevral , 2017 15:57
Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu

Bakı. 3 fevral. REPORT.AZ/ “Yarımçıq əlyazma” əsərinin başına çox müsibətlər gəldi. Məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev AMEA Alimlər Evində keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu hadisənin mənəvi zövq verən tərəfi də oldu: "Həmin əsərdən sonra “Dədə Qorqud”u oxuyanlar təkrar, oxumayanlar isə bu kitabı niyə belə yazdığımı bilmək üçün oxudular. Hətta Türkiyə mətbuatında bir alim məqalə yazaraq əsəri “Dədə Qorqud” dastanının tapılan 13-cü boyu kimi təqdim etdi”.

“Posmodernist yazıçı olub-olmadığımı bilmirəm. Deyə bilmərəm ki, onun bütün kriteriyalarında varam. Postmodernizmin bir çox kriteriyaları var. Onlardan biri də mətni dəyişmək, sözü fərqli təqdim etməkdir. Mətnlə oynamaq kriteriyasında varam. Amma postmodernizmin mentalitetimizə zidd olan kriteriyalarında yoxam” - K.Abdulla vurğulayıb.

Son xəbərlər

Orphus sistemi