Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 5-də Azərbaycanda V "Şairlər Günü" keçiriləcək. "Report" xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Yazıçılar Birliyidir.
AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, "Şairlər Günü"ndə Ukraynadan tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstandan görkəmli yazıçı Givi Alxazişvili, Türkiyədən İLESAM – Türkiye Elm və Ədəbiyat Sahibləri Məslək Birliyinin başqanı Mehmet Nuri Parmaksız, Rusiyadan, AYB Moskva bölməsinin məsul katibi, şair - Afaq Şıxlı, Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, “Şöhrət” ordenli şair Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyin üzvü, şair-publisist Fanil Ganji, tanınmış İran şairi Məhəmməd Riza Cəfəri, Dünya Türk Gənclər Birliyi başqanı Əkrəm Abdullayev, Türkiyə Cümhuriyyəti, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucu başqanı Alptəkin Cevhərli, Quzey Kıprıs Türk Cümhuriyyəti, araşdırmaçı-yazar Züleyxa Karaman, Özbəkistan Dövlət Şərq Universitetinin dosenti Dış Basın Birliyi başqanı, Aygül Suyunova, Qırğız Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Makedoniya parlamentinin üzvü, araşdırmaçı-yazar Enes İbrahim və başqaları iştirak edəcəklər.
Tədbir Fəxri Xiyabanda ulu öndər
İyunun 5-də həmçinin nakam şair Mükayıl Müşfiqin doğum günüdür. Bu münasibətlə axşam saat 17.30-da
AYB mətbuat katibinin sözlərinə görə, M.Müşfiqin simvolik məzarına güllər səpiləcək və şairin xatirəsi yad ediləcək"
V "Şairlər Günü" saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək mərasimdə yekunlaşacaq.