Qazaxıstanda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Qazaxıstanda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirilib
Ədəbiyyat
11 Noyabr , 2015 12:38
Qazaxıstanda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Almatı şəhərində xalq şairi, dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunan “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilən şeirləri daxil edilib.

Tədbirdə Qazaxıstan yazıçıları, ziyalıları, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin türk xalqlarının dillərinə tərcümə olunaraq çap edilməsindən danışıb.

Yubiley tədbirində Almatıda Azərbaycan diasporu nəzdində fəaliyyət göstərən “Bahar” rəqs ansamblının konserti olub. 

Qeyd edək ki, sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi