Pol Linç antiutopik əsərinə görə “Buker” mükafatının laureatı olub

Pol Linç antiutopik əsərinə görə “Buker” mükafatının laureatı olub İrlandiyalı yazıçı Pol Linç antiutopik “Peyğəmbər nəğməsi” əsərinə görə 2023-cü ilin “Buker” mükafatına layiq görülüb. Antiutopiya totalitarizm məngənəsində olan İrlandiyanı hekayə edir.
Ədəbiyyat
27 Noyabr , 2023 03:20
Pol Linç antiutopik əsərinə görə “Buker” mükafatının laureatı olub

İrlandiyalı yazıçı Pol Linç antiutopik “Peyğəmbər nəğməsi” əsərinə görə 2023-cü ilin “Buker” mükafatına layiq görülüb. Antiutopiya totalitarizm məngənəsində olan İrlandiyanı hekayə edir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müəllifin sayca beşinci romanı Qərb demokratiyalarındakı çaxnaşma və onların Suriyadakı daxili partlayış kimi fəlakətlərə biganəliyini göstərməyə çalışır.

Əvvəllər İrlandiyanın “Sunday Tribune” qəzetinin film tənqidçisi olmuş Linç əsərində intensiv realizmlə antiutopiyanı gücləndirərək oxucuların totalitarizmi daha yaxşı anlamalarını istədiyini bildirib.

“Oxucunun dalışını o qədər dərinləşdirmək istəyirəm ki, kitabın sonuna doğru o, nəinki problemi başa düşsün, həm də onu hiss etsin”, – yazıçı söyləyib.

Beləliklə, Pol Linç “Buker” mükafatına layiq görülmüş üçüncü irlandiyalıdır. Ondan öncə Ayris Merdok, Con Benvill, Roddi Doyl və Enn Enrayt laureat olublar. 2018-ci ildə isə qalib şimali irlandiyalı yazar Anna Börns olub.

1969-cu ildə təsis edilmiş “Buker” mükafatının laureatları arasında Marqaret Etvud, Salman Rüşdi və Yan Martel kimi sənətkarlar var.

Son xəbərlər

Orphus sistemi