Ömər Xəyyamın "Rübailər"i təqdim edilib

Ömər Xəyyamın "Rübailər"i təqdim edilib Yazıçılar Birliyində yeni kitabın təqdimatı olub
Ədəbiyyat
15 Aprel , 2015 17:19
Ömər Xəyyamın Rübailəri təqdim edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 15-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan"  klubunda Ömər Xəyyamın “Rübailər” kitabının təqdimatı keçirilib. 

AYB mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ömər Xəyyamın “Rübailər” kitabı Türkiyənin Bursa şəhərində “Dora Basım-Yayın Dağıtım” nəşriyyatında çap olunub. Ön söz, farsca mətnin transliterasiyası, filoloji tərcümə və elmi redaktə filologiya elmləri doktoru Nəsib Göyüşovundur.

Kitabda Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Mir Mehdi Seyidzadə, Dönməz, Niyazinin poetik tərcümələri yer alıb. Poetik tərcümələrin tərtibçisi Enar Hacıyev, nəşriyyat redaktoru Könül Mirzəyevadır.

Kitabda yer alan rəsmlər məşhur İran rəssamı Məhəmməd Təcvidinin Ömər Xəyyamın rübailərinə çəkdiyi miniatürlər seriyasındandır.

Son xəbərlər

Orphus sistemi