Milli Kitabxana Həştərxanda "Gənc peşəkarların Xəzəryanı Assambleyasında" iştirak edib

Milli Kitabxana Həştərxanda "Gənc peşəkarların Xəzəryanı Assambleyasında" iştirak edib Tədbir çərçivəsində “Kitabxana jurnalistikası” mövzusunda ustad dərsləri keçirilib
Ədəbiyyat
31 Avqust , 2015 17:18
Milli Kitabxana Həştərxanda Gənc peşəkarların Xəzəryanı Assambleyasında iştirak edib

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətində B.Şaxovski adına Gənclər Kitabxanasının təşkil etdiyi gənc peşəkarların Xəzəryanı Assambleyası keçirilib.

"Report" xəbər verir ki, vilayətin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə avqustun 27-dən 30-dək davam edən assambleyanın işində Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxananın şöbə müdiri Aygün Hacıyeva iştirak edib.

İclasda əsasən kitabxana işinin yeni formaları, innovativ proqram və layihələrin tətbiqi müzakirə olunub.

Tədbir çərçivəsində “Kitabxana jurnalistikası” mövzusunda ustad dərsləri keçirililb, vilayət kitabxanaları əməkdaşlarının mükafatlandırma mərasimi olub.

Assambleya A.S.Puşkin parkında təşkil edilən “Oxumaq vaxtı gəlmişdir” adlı aksiya ilə işinə yekun vurub.

Həştərxan vilayətinin qubernatorunun iştirak etdiyi aksiyada müxtəlif kitabxanaların kitab sərgiləri nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi