​Azərbaycanda türk dünyasının məşhur şairinin elmə məlum olmayan “Divan”ı nəşr olunacaq

​Azərbaycanda türk dünyasının məşhur şairinin elmə məlum olmayan “Divan”ı nəşr olunacaq “Divan” artıq transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb
Ədəbiyyat
3 Yanvar , 2015 12:38
​Azərbaycanda türk dünyasının məşhur şairinin elmə məlum olmayan “Divan”ı nəşr olunacaq

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanda Məxdumqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan “Divan”ı nəşr olunacaq. Bu barədə "Report"a M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov məlumat verib.

O bildirib ki, ötən il Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən Məxdumqulu Fəraqinin həmin bu “Divan”ı üzə çıxarılıb: "Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunub ki, kitabdakı şeirlərin əksəriyyəti heç yerdə çap olunmayıb".

P.Kərimov deyib ki, artıq “Divan” transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb: "Bu ilin əvvəllərində Məxdumqulu Fəraqinin kitabının Türkmənistanla müştərək nəşr edilməsi planlaşdırılır. Əsər 600 səhifədən ibarətdir".

O bildirib ki, Əlyazmalar İnstitutu 2015-ci ildə türk xalqları, xüsusilə də Özbəkistan, Türkmənistan, Türkiyə, Qazaxıstanla əlaqələrini genişləndirmək niyyətindədir: "Məqsədimiz onlarla bir yerdə müştərək araşdırmalarımızın sayını artırmaqdır".

P.Kərimov həmçinin qeyd edib ki, 2015-ci ildə Türkiyənin Konya şəhərinin əlyazma mərkəzində 4 nəfər institut əməkdaşı ilə ixtisasartırma kurslarına qatılmaq planlaşdırılır: "Əsas məqsəd əlyazmaların bərpası işi haqqında biliklərin təkmilləşdirilməsidir". 

Son xəbərlər

Orphus sistemi