Tbilisi. 13 aprel. REPORT.AZ/ Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev muzeyinin təmirə ehtiyacı var.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, xeyli vaxtdır baxımsız qalan binanın divarlarında çatlar yaranıb.
Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisinin mərkəzi Besik küçəsindəki Ev-muzeyində olublar.
D.Həsənov “Report”a açıqlamasında deyib ki, böyük ədibin ev muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. “Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Onun sözlərinə görə, Azərbaycanın Tbilisidəki səfirliyinin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitabların, avadanlığın, foto və video, jurnal və digər yazılı materialların siyahısı hazırlanıb: “Təəssüf ki, bəzi kitablar, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Biz çalışacağıq ki, binanın təmir və yararsız vəziyyətə düşmüş mal materiallarını bərpa edək”.
Diplomat bununla əlaqədar olaraq, Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib.
Əflatun Amaşov isə qeyd edib ki, C.Məmmədquluzadə Azərbaycan mədəniyyətinin, incəsənətinin, jurnalistikasının inkişafında böyük xidmətləri olmuş şəxsiyyətdir: “Böyük ədib
Deputat muzeyin ciddi təmirə ehtiyacı olduğunu bildirib və deyib ki, bu mədəniyyət ocağının tez bir zamanda təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq.
Qeyd edək ki, ədibin “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”,
İlk nömrəsi