Bakı. 25 fevral. REPORT.AZ/ Martın 4-də Beynəlxalq Muğam Mərkəzində böyük türk şairi Nazim Hikmətə həsr edilən anma gecəsi keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Muğam Mərkəzi yayıb.
"Bən, Türk dilinin şairiyim. Hayatımı buna adadım" adlandırılan tədbirdə Nazim Hikmət anılacaq, şeirlərindən parçalar səsləndiriləcək, musiqi nömrələri ifa ediləcək.
Anım gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin nəzdində yaradılan Bakı Yunis Əmrə İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçiriləcək.