Bakıda türkiyəli şair Mehmet Akif Ərsoyun anım mərasimi keçiriləcək

Bakıda türkiyəli şair Mehmet Akif Ərsoyun anım mərasimi keçiriləcək Aktyorlar tərəfindən şeirlər və türkülər səslənəcək, kölgə tamaşası nümayiş etdiriləcək
Ədəbiyyat
15 Mart , 2017 13:17
Bakıda türkiyəli şair Mehmet Akif Ərsoyun anım mərasimi keçiriləcək

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında türkiyəli şair Mehmet Akif Ərsoyun anım mərasimi keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Yunus Emre İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə Mehmet Akif Ərsoy mövzusunda çıxışların ardından aktyorlar tərəfindən şeirlər və türkülər səslənəcək və kölgə tamaşası ilə proqram davam edəcək.

Qeyd edək ki, Mehmet Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. O, Osmanlı dövlətinin tənəzzülü dövründə vətənin işğalçılar tərəfindən zəbt edilməsi ilə Anadoluya keçərək xalqı istiqlal savaşı üçün ruhlandırıb və böyük işlər görüb. 1963-cü ildə vəfat edən şair Türkiyənin dövlət himninin - İstiqlal Marşının müəllifidir. 

Son xəbərlər

Orphus sistemi