Bakıda anadan olmuş rusiyalı yazıçı koronavirusdan vəfat edib

Bakıda anadan olmuş rusiyalı yazıçı koronavirusdan vəfat edib Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.
Ədəbiyyat
3 Dekabr , 2022 16:50
Bakıda anadan olmuş rusiyalı yazıçı koronavirusdan vəfat edib
İlya Ştemler

Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semenova məlumat verib:

“O, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib. Bir həftə reanimiasiyada qalıb. Onun 90 illik yubileyinə cəmi bir ay qalmışdı”.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Bakı Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində dünyaya göz açıb. Texniki təhsil alıb. “Taksi parkı”, “Univermaq”, “Arxiv”, “Qatar” onun məşhur əsərlərindəndir.

Müəllifin “Taksi parkı” əsərinin əsasında “Ödəniş” adlı film də çəkilib.

O, “Cənnətdə tənha” romanına görə Qoqol ədəbi mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi