Yuxarı
    Bağlamaq

    Azərbaycanda ilk dəfə “Türkiyə ədəbiyyatı antologiyası” çap olunub

    Kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alıb

    Bakı. 31 may. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

    Mərkəzdən "Report"a verilən məlumata görə, XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alıb.

    Antologiyanı Azərbaycan dilinə tərcüməçilər Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar Yaşar Əliyev və Salam Sarvandır.

    Kitab iyunun 5-də Yunus Emre Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi