Anar Rzayev: "Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir"
- 06 oktyabr, 2022
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir.
Bunu "Report"a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O bildirib ki, qurultayın oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır: "Dəqiq tarix hələ məlum deyil. Bu da bizdən asılı deyil. Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq. Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".
A.Rzayev qurultayın Şabranda keçirilməməsinə aydınlıq gətirib: "Orada keçirmək mümkün olmadı. Mən özüm gedib baxdım. Hazır deyildi. Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçı olacaq. Şabranda da o qədər qonağı qarşılamaq üçün yer yoxdur".
Qeyd edək ki, sentyabrın 22-də AYB-nin katibliyində keçirilən iclasda qurultayın təxirə salınması ilə bağlı qərar qəbul edilib.