Yuxarı

AMEA "Nəsimi İli" çərçivəsində görülən işləri açıqlayıb

AMEA "Nəsimi İli" çərçivəsində görülən işləri açıqlayıb

"Nəsimi İli" çərçivəsində qarşıda duran vəzifələrdən biri İmadəddin Nəsiminin timsalında Azərbaycançılıq ideyalarının təbliği idi".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfransda AMEA-nın I vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

O, Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə edib.

İ.Həbibbəylinin sözlərinə görə, elmi sessiya Azərbaycan Prezidentinin “Nəsimi ili” haqqında sərəncamına uyğun olaraq keçirilir.

O bildirib ki, “Nəsimi İli” çərçivəsində keçirilən müxtəlif tədbirlər nəticəsində Nəsimi Azərbaycan şairi kimi dünyaya tanıdılıb.

İ.Həbibbəyli vurğulayıb ki, "Nəsimi İli" ərzində Nəsimi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında 36 kitab dərc edilib. 

AMEA-nın I vitse-prezidenti qeyd edib ki, alimlər və araşdırmaçılar Prezidentin sərəncamına uyğun olaraq, “Nəsimi ili”nə elmi kitablar və monoqrafiyalarla töhfə veriblər: "Təsəvvür edin ki, SSRİ dövründə dahi şair haqqında cəmi dörd kitab dərc edilmişdi. Ancaq təkcə bir il ərzində işıq üzü görən çoxsaylı kitablar Nəsimi irsinin araşdırılması, xüsusilə xaricdə öyrənilməsi üçün böyük vəsaitdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi