Almaniya teatrı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə bağlı səhvini düzəldib

Almaniya teatrı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə bağlı səhvini düzəldib MHA: Səfirlik Nizami Gəncəvinin “orta əsrlər şairi” kimi təqdim edilməsinə də daha etiraz edib
Ədəbiyyat
889
12 May , 2017 12:47
Almaniya teatrı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə bağlı səhvini düzəldib

Bakı. 12 may. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyi Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover‎ Teatrının Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verdiyi yanlışlıqlara münasibət bildirib.

Agentlikdən "Report"a verilən məlumata görə, son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover Teatrı tərəfindən “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir: 

"Bununla bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün səfirliyə göndərilib. Səfirlik Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərib, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilib. Teatrın səfirliyə cavab məktubunda onlara təqdim edilən məlumatlara görə müvafiq düzəlişlərin edildiyi bildirilib".

Agentlik məlumatında qeyd olunub ki, teatrın saytında və "facebook" səhifəsində “Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb: "Lakn düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd olunmayıb. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb".

Son xəbərlər

Orphus sistemi