Aleksandr Puşkinin əsərləri Moskvada hərraca çıxarılacaq

Aleksandr Puşkinin əsərləri Moskvada hərraca çıxarılacaq Puşkinlə yanaşı Boris Pasternak və İosif Brodskinin əlyazmaları da hərracda alıcılara təklif olunacaq
Ədəbiyyat
21 İyun , 2016 15:32
Aleksandr Puşkinin əsərləri Moskvada hərraca çıxarılacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Böyük rus şairi Aleksandr Puşkinin əsərləri Moskvada hərraca çıxarılacaq. 

"Report" xəbər verir ki, iyunun 23-də təşkil ediləcək hərracda A.S.Puşkinin 19-cu əsrin birinci yarısında yazdığı əsərləri 1,5 milyon rubla alıçılara təklif olunacaq. 

A.S.Puşkinin əsərləri ilə yanaşı, Boris Pasternak və İosif Brodskinin əlyazmaları həmin hərraca çıxarılacaq. 

Rus poeziyasının ən yaxşı nümunələrinin toplandığı kataloqda XIX-XX əsrlərdə məşhur olan əsərlər yer alıb.

398 səhifəlik kataloqun ümumi dəyəri 20 milyon rubl civarında müəyyənləşdirilib.

Kataloqda A.S.Puşkinin 1828-ci ildə çap olunmuş "Qafqaz əsiri" , "Ruslan və Lyudmila" və 1831-ci ildə işıq üzü görən "Boris Qodunov" əsərləri yer alıb. 

Son xəbərlər

Orphus sistemi