Yuxarı

Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarət Xuan Quaydoya keçib

Venesuelanın ABŞ-dakı aktivlərinin bir hissəsi Quaydoya keçib
© News Front

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarəti özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydoya verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

"Bu sertifikasiya Venesuelanın qanuni hakimiyyətinə bu aktivləri xalqın rifahı üçün qorumağa kömək edəcək. Digər hökumətləri də Xuan Quaydonu Prezident vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanımağa və Venesuelanın mirasının Maduronun korrupsiyaya bulaşmış rejimi tərəfindən daha çox oğurlanmasının qarşısını almaq məqsədilə oxşar addımlar atmağa dəvət edirik", - bəyanatda deyilir.

Daha əvvəl İngiltərə Bankı Nikolas Maduroya Venesuelanın 1,2 milyard dollarlıq qızıl ehtiyatını verməkdən imtina edib.

"Bloomberg"in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir.

Venesuela parlamentinin sədri və müxalifət lideri X.Quaydo yanvarın 23-də Karakasda təşkil edilən mitinqdə özünü Prezident elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi