Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarət Xuan Quaydoya keçib

Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarət Xuan Quaydoya keçib Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarəti özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydoya verib.
Digər ölkələr
29 Yanvar , 2019 18:40
Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarət Xuan Quaydoya keçib
News Front

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarəti özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydoya verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

"Bu sertifikasiya Venesuelanın qanuni hakimiyyətinə bu aktivləri xalqın rifahı üçün qorumağa kömək edəcək. Digər hökumətləri də Xuan Quaydonu Prezident vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanımağa və Venesuelanın mirasının Maduronun korrupsiyaya bulaşmış rejimi tərəfindən daha çox oğurlanmasının qarşısını almaq məqsədilə oxşar addımlar atmağa dəvət edirik", - bəyanatda deyilir.

Daha əvvəl İngiltərə Bankı Nikolas Maduroya Venesuelanın 1,2 milyard dollarlıq qızıl ehtiyatını verməkdən imtina edib.

"Bloomberg"in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir.

Venesuela parlamentinin sədri və müxalifət lideri X.Quaydo yanvarın 23-də Karakasda təşkil edilən mitinqdə özünü Prezident elan edib.

Son xəbərlər

Orphus sistemi